Naxçıvan “Yaşıl şəhər” mükafatını qazana bilər

330

Xəbər verdiyimiz kimi, Naxçıvanda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə “Yaşıl şəhərlər” üzrə İSESKO Strategiyasının həyata keçirilməsi ilə bağlı ekspertlərin görüşü olub. Görüş çərçivəsində “Yaşıl şəhərlər” üzrə Fəaliyyət Planı layihəsinin panel müzakirələri keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Misirin “Yaşıl şəhərlər” Strategiyası üzrə eksperti, professor Mohsen Abouelnaga İslam Əməkdaşlıq təşkilatına üzv ölkələrdə “Yaşıl şəhərlər” strategiyasının həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Ekspert “Yaşıl şəhərlər” üzrə Fəaliyyət Planı layihəsinin mərhələləri və həyata keçirilməsi ilə əlaqədar iştirakçılara ətraflı məlumat verib. Sonra tədbir iştirakçılarına  ilkin layihə sənədləri paylanılıb. Ekspertlər qruplar şəklində layihəni təhlil ediblər. Layihə ətrafında müzakirələr aparılıb, tövsiyyələr verilib.

Professor Mohsen Abouelnaga “Yaşıl şəhərlər” Strategiyasının prinsipləri barədə danışaraq  qeyd edib ki, onun yaradılması, həm də yeni iş yerlərinin açılması deməkdir. Kütləvi informasiya vasitələrində bu mövzuda verilişlər, süjetlər hazırlanmalı, əhali maarifləndirməlidir. Bu strategiyanın həyata keçirilməsinə həm dövlət, həm də özəl sektor nümayəndələri, bələdiyyələr cəlb olunmalıdır.

Bildirilib ki, “Yaşıl şəhərlər”in yaradılması üçün İslam dünyasından olan təcrübəli mütəxəssislər işə cəlb edilməli, həmin mütəxəssislər birgə təcrübə mübadiləsi aparmalıdırlar.

Tədbirdə layihənin mexanizmləri, hədəfləri barədə məlumat verilib, müzakirələr aparılıb.

Sonda iştirakçılara İSESKO-nun sertifikartları verilib.

Qeyd edək ki, artıq bir neçə ildir ki, Naxçıvanda yaşıllaşdırma tədbirləri həyata keçirilir. Nəticədə muxtar respublikanın ərazisinin 14 faizində yaşıllıqlar və meşə zolaqları salınıb. Bu gün artıq beynəlxalq səviyyədə ekoloqlar bu sahədə Naxçıvan təcrübəsini nümunə kimi göstərirlər.                                                                                                       

  Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: