Naxçıvan xalçaları ilə bağlı açıq dərs keçirilib

72

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Naxçıvan xalçaları” mövzusunda açıq dərs təşkil edilib.

NUHÇIXAN-ın məlumatına görə, dərsdə bildirilib ki, Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq yeni, daha yüksək inkişaf dövrünə qədəm qoyub. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin, xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarıb. Son illər dövlət səviyyəsində bu sahəyə diqqət artıb. Ölkə başçısı və Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin   Sədri tərəfindən xalçaçılğın inkişafı ilə bağlı verilən sərəncamlar Naxçıvan xalçaçıları üçün əlverişli şərait yaradır, keçmişdən günümüzə gələn bu ənənəyə uzun­ömürlülük bəxş edib və xalçaçılığın bu qədim diyarda daha da inkişaf etdirilməsinə zəmanət verir. Sonda tələbələrə mərkəzin elektron məlumat köşkü, kitab fondu, elektron oxu zalı haqqında ətraflı məlumatlar verilib.

Tükəzban Cəfərova

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: