“Naxçıvan” Univesitetində Beynəlxalq konfrans olub

301

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univesitetində “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı Beynəlxalq konfrans keçirilib.

Artıq ikinci dəfədir ki keçirilən konfransı TÜRKSOY-un Baş katibinin müavini, professor, doktor Firat Purtaş açaraq TÜRKSOY-Beynəlxalq Türk Mədəniyyət Təşkilatının  25 illik fəaliyyəti və türk dünyası üçün gördüyü işlərdən danışıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev isə  Naxçıvanın Türk coğrafiyasında və mədəniyyətində tutduğu mövqe, dövlətçilik ənənələri, tarixi ilə bağlı məlumat verib. Vurğulayıb ki, Naxçıvan diyarı əzəli türk-oğuz yurdu, Azərbaycan torpağı, bəşər sivilizasiyasının beşiklərindən biridir.

Konfransda TÜRKSOY-un Qırğızıstan təmsilçisi, Qırğızıstanın xalq şairi  Kojigeldi Kuluyev “Türk dünyası ədəbiyyatında Çingiz Aytmatov imzası”, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov “Naxçıvan-Türk və İslam dünyasına açılan qapı”, TÜRKSOY-un Qazaxıstan təmsilçisi, doktor Askar Turganbayev “Doğumunun 125-ci ilində Mağcan Cumabay və qazax ədəbiyyatı”, Ankara Yıldırım Beyazit Universitetinin təmsilçisi, doktor Oğuzxan Aydın “Əhmət Yasəvidən Yunus Əmrəyə Türk dünyasının irfan ədəbiyyatı” və Ankara Hacettepe Universitetinin doktorantı Cavid Mövsümlü “19-20-ci əsrdə Azərbaycanda din adamlarının maariflənmə hərəkatının yeri və rolu” mövzularında çıxış ediblər. Hər bir çıxış edən natiq konfrans iştirakçılarına  öz mövzusu ilə bağlı ətraflı məlumat və elmi nöqteyi-nəzərdən maraqlı faktlar təqdim ediblər.

Sonda “Naxçıvan” Universitetinə xatirə hədiyyəsi təqdim olunub və konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: