“Naxçıvan” Universitetində ötən ilin yekunları müzakirə edilib

168

“Naxçıvan” Universitetindən NUHÇIXAN-a verilən məlumata görə  2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair yığıncaq keçirib. Yığıncaqda  universitetin rektoru, professor İsmayıl Əliyev bildirib ki, dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclis Sədri tərəfindən muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsi,müasir infromasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirildiyi , eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin inkişafının təmin olunduğu diqqətə çatdırılıb. Bu baxımdan ötən il “Naxçıvan” Universiteti üçün də inkişaf ili kimi qeyd olunub. “Naxçıvan” Universiteti  2018-ci ildə öz işini muxtar respublika rəhbərliyinin müəyyən etdiyi dövlətçilik və sosial yönümlü prinsiplər əsasında qurub və hesabat ilində bir sıra müvəffəqiyyətlərə nail olunub.

2018-ci ildə universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərib. Hesabat ilində “Naxçıvan” Universitetindəbakalavriat səviyyəsində 15 ixtisas üzrə 1034 nəfər tələbə təhsil alıb. 2018-2019-cu tədris ilində universitetə tələbə qəbulu ötən illə müqayisədə 30 faiz artıb.

Rektor onu da vurğulayıb ki, ali təhsil ocağında kadr hazırlığı ilə 88 nəfər professor müəllim heyəti məşğul olur. Onlardan 3 nəfəri elmlər doktoru,professor,20 nəfəri fəlsəfə doktoru, dosent, 65 nəfəri isə baş müəllim və ixtisaslı müəllimlərdir. O da diqqətə çatdırılıb ki, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetinin  “Elmi əsərlər” jurnalı nəşr olunmaqdadır. Qeyd edək ki, “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyyə edilən dövrü elmi nəşrlərin siyahısı”na daxil edilib və  beynəlxalq kod alıb.

Ötən ildə digər sahələrdə olduğu kimi beynəlxalq əlaqələr sahəsi üçün də uğurlu olub. Cari ildə bu şöbə beynəlxalq təlim və proqramlarda,müxtəlif sərgilərdə iştirak edib, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülüb. Belə ki, hesabat ilində “Naxçıvan” Universiteti Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Kəraçinin  “Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilə imzalayaraq yeni əməkdaşlıq əlaqələri qurub. Mövcud müqavilələrə uyğun olaraq Qazaxıstan Respublikasının Əhməd Yasəvi Universitetinin müəllimi AktolkinAbubəkirova 2018-2019-cu tədris ilinin birinci yarısında bir ay müddətində “Turizm və otelçilik” ixtisasında iki fəndən məşğələ aparıb. Bundan başqa, ötən ilin fevral ayında universitet Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə İstanbulda keçirilən təhsil sammitində , oktyabrayında isə “Akare” təhsil sərgisində iştirak edib.

Nuray Əsgərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: