“Naxçıvan” Universitetində 2018-ci ilin yekunları müzakirə edilib

196

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yekunları ilə  bağlı keçirilən tədbirdə “Naxçıvan” Universitetinin  rektoru, professor İsmayıl Əliyev bildirib ki,  hesabat ilində universitetdə bir sıra nailiyyətlər əldə edilib.  2018-ci ildə universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərib. Hesabat ilində “Naxçıvan” Universitetində bakalaviriat səviyyəsində 15 ixtisas üzrə 1034 nəfər tələbə təhsil alıb. Universitetdə tədris prosesinin müasir tələblər səviyyəsində təşkili müvafiq qanunvericiliyə uyğun qurulub. “Naxçıvan” Universitetində kadr hazırlığı ilə 88 nəfər professor-müəllim heyəti məşğul olur ki, onlardan 3 nəfəri elmlər doktoru, professor, 20 nəfəri isə fəlsəfə doktoru, dosent, 65 nəfəri isə baş müəllim və ixtisaslı müəllimlərdir. Rektor onu da vurğulayıb ki, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetinin “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrdə elmi nəşrlərin siyahısı”na daxil edilib, beynəlxalq kod alıb. Rektor onu da diqqətə çatdırıb ki, 2018-ci ildə bütün sahələrlə yanaşı, beynəlxalq əlaqələr üçün də uğurlu olub. Cari ildə bu şöbə beynəlxalq təlim və proqramlarda, müxtəlif sərgilərdə iştirak edib, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülüb. “Naxçıvan” Universiteti Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Karaçinin “Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilə imzalayaraq yeni əməkdaşlıq əlaqələri qurub. Bundan başqa, Universitet Avrasiya Universitetlər birliyinin təşkilatçılığı ilə İstanbulda keçirilən təhsil sammitində və  “Akare” təhsil sərgisində iştirak edib.

Nuray Əsgərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: