Naxçıvan televiziyası Kərki kəndindən yeni görüntülər yayımlayıb

262

Ötən əsrin 90-cı illərində Sovet ordusunun köməyi ilə Ermənistan tərəfindən  işğal edilən Naxçıvanın Kərki kəndi acınacaqlı durumdadır.  İndi adı dəyişdirilərək Tiqranaşen qoyulan bu kənddə təsərrüfatlar və evlər dağılıb. Burada yaşayan tək-tük erməni ailəsi isə dözülməz həyat şəraitindədirlər.

Onların cana yığıldıqları əsas problemlərdən biri də  içməli su çatışmazlığıdır. Kəndin coğrafiya müəllimi olan Azatuhi Hovanesyan 25 ildir ki, 300 metrdən, kəndin yeganə bulağından su daşımağından gileylənir: “Ayaqlarımda ağrı əmələ gəlib, vedrələrlə su daşıyıb həyətdəki çəlləklərə tökürük. Sonradan oradan götürüb içirik, qablarımızı yuyuruq və bu su ilə çimirik. Bunun üçün vedrələrdə  su qızdırırıq. Başqa yolumuz yoxdur”-deyir.

Kənddə bir qayda olaraq çirkab suları kanalizasiyaya axıtmırlar, onu   bostana və ağaclara verirlər. Sakinlər deyir ki, bu istifadə etdikləri su da heç təmiz deyil. Adamlar bu sudan içəndən sonra tez-tez mədə-bağırsaq xəstəliklərinə yoluxurlar.

Susuzluqdan kəndin ağacları çoxdan quruyub. Olanları da doğrayıb  qışda evlərini isitmək üçün istifadə edirlər.  Həyətlərdə bir-iki yaşıl ağac ancaq gözə dəyir. Onları isə ev sahibləri vedrələrlə sulayırlar.

Ermənistanın sərhədyanı  kəndlərinə xas olan yarıuçuq evlər, dam örtükləri dağılan yardımçı binalar, bərbad yollar, enerji çatışmazlığı kasıb Tiqranaşen kəndinin bugünkü mənzərəsini tamamlayır. Artıq təngə gələn ermənilərin özləri sosial şəbəkələrdə müxtəlif videogörüntülər paylaşaraq bu cür dözülməz yaşayışdan bezdiklərini dilə gətirirlər.

Elektrik enerjisinin qıtlığı da kəndin həll olunmayan problemlərindəndir. Kənddə kişilər demək olar ki gözə dəymir. Buna görə bütün işlər qadınların üzərinə düşüb. Onlar isə təbii ki, bu problemlərin öhdəsindən gələ bilmirlər. Bir yerə yığışanda isə onlarla sərhəddə yerləşən və uzaqdan görünən  Sədərək rayonunun kəndlərinin  abadlığı və yaraşığından danışırlar. Hətta erməni qadınlardan biri,-“bu kənd Naxçıvana aiddir. Əgər biz də indi Naxçıvanın tərkibində yaşasaydıq. Yəqin ki, işıq, qaz, yol, su problemimiz həll olunmuşdu”- deyir.

Natəmiz, kələ-kötür, asfalt üzünə həsrət  küçələr indi Ermənistanın sərhəd kəndləri üçün adi haldır. Susuz kənd uzaqdan səhranı xatırladır.

NUHÇIXAN Ermənistanın işğalında olan Kərkidən son görüntüləri təqdim edir:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: