Naxçıvan teleradiosunun kollektivi yeni ili qarşılayır

545

NUHÇIXAN xəbər verir ki, Naxçıvan teleradiosunun kollektivi bu dəfə Dünya Azərbaycanlılarının  Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir araya toplaşıb.  2018-ci ili mühüm yaradıcılıq uğurları ilə yola salan kollektivi bu münasibətlə  komitənin sədri Sahil Tahirli təbrik edib.

Sahil Tahirli qeyd edib ki, 2018-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı diqqətdə saxlanıb, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə dəyəri 200 min manata yaxın 22 adda müasir yayım və çəkiliş avadanlıqları alınıb, komitənin binası yenidən qurulub, teleradionun efir vaxtı daha bir saat artırılaraq 19 saata çatdırılıb. Bundan başqa  “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb, agentliyin internet saytı istifadəyə verilib. İngilis dilindən sonra xəbərlərin rus  dilində də yayımına başlanılıb. Televiziyanın yeni  “Nuhçıxan” Xalq Çalğı Alətləri Ansamblı yaradılıb. Sənədli filmlər və dublyaj redaksiyası tərəfindən onlarla  film çəkilib. Bütün bu sadalanan uğurlar teleradionun gənc və işgüzar kollektivinin yüksək yaradıcılıq əzmi və gərgin əməyinin nəticəsi kimi meydana çıxıb.

Sahil Tahirli göstərilən qayğıya və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Xaliq Babayev, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyev, İctimai –siyasi məsələlər redaksiyasının baş redaktoru Ramal Məmişov, Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Əsgərov kollektivə təbriklərini çatdırıblar.

Tədbirdə 2018-ci ildə səmərəli fəaliyyət göstərən bir qrup əməkdaşa Fəxri fərman və mükfatlar təqdim olunub.

Televiziyanın gənc əməkdaşları Rəmzi İbrahimov  və Xanım Rüstəmzadə bayram tortunu kəsiblər.

Tədbir televiziyanın  “Nuhçıxan” Xalq Çalğı Alətləri ansanblının konsert proqramı ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: