Naxçıvan səhiyyəsində bir ilk

1. 728

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının cərrahiyyə şöbəsinin həkimləri Səfər Qədimov və  Həbib Məmmədov tərəfindən muxtar respublikada ilk dəfə Laparoskopik total histerektomiya əməliyyatı  həyata keçirilib. Hazırda xəstənin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Laparoskopik total histerektomiya müasir ginekoloji cərrahiyyənin zirvəsi, ən son nailiyyəti hesab olunur. Açıq abdominal histerektomiya əməliyyatı ilə müqayisədə laparoskopik histerektomiya qan itkisinin azlığı, əməliyyatın davametmə və stasionar müalicə müddətinin qısa olması, xəstələrin normal həyat tərzinə tezliklə qayıtması ilə seçilir. Bu əməliyyatlar az travmatik olub, əməliyyat sonrası qarın boşluğu bitişmələrinin əmələ gəlməsi aşkar olunmur, piylənmə və şəkərli diabeti olan xəstələr üçün ideal üsul hesab edilir.

Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: