Naxçıvan şəhərindəki tarixi binalar yenidən qurulur

1. 570

Muxtar respublikada tikinti-quruculuq işləri aparılarkən tarixiliklə müasirlik vəhdətdə götürülür. Naxçıvan şəhərinin qədim arxitekturası və memarlıq quruluşu qorunub saxlanılır. Tarixi binaların yenidən qurulması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Hazırda Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır.

NUHÇIXAN xəbər verir ki, sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan yenidənqurma işləri ilə tanış olub.

Məlumat verilib ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yenidənqurma işləri aparılarkən binanın tarixi görkəminin və memarlıq quruluşunun saxlanılmasına xüsusi diqqət yetirilir. Tikinti işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin Ev Muzeyi yerləşəcəkdir. Binanın ətrafında da abadlıq işləri aparılacaq, yeni park salınacaqdır. Parkda Naxçıvan Muxtar Respublikasının turizm marşrutlarının xəritəsini və tarixi abidələrinin görüntülərini əks etdirən stendlər qoyulacaqdır.

Ali Məclisin Sədri binada tikinti işlərinin keyfiyyətlə aparılması, həmin küçədəki 8 nömrəli binanın da layihələndirilməsi və yenidən qurulması barədə tapşırıqlar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: