Naxçıvan şəhərindəki Gənclər Mərkəzində sərgi müsabiqə keçirilib

250

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş gənc memarlar arasında “Qədim Naxçıvanda müasir memarlıq” mövzusunda sərgi-müsabiqə keçirilib.

Tədbirin məqsədi muxtar respublika memarlarının  bacarıqlarını və ideyalarını üzə çıxarmaq, qədim və zəngin, eyni zamanda müasir Naxçıvan memarlığının müstəqillik dövründəki inkişafını müxtəlif materiallarla təqdim etməkdir. Sərgi-müsabiqədə 20 memarın 31 işi nümayiş etdirilir.

Tədbirdə çıxış edənlər “Beynəlxalq Memarlar Günü” münasibətilə  iştirakçıları  və bütün memarları təbrik edib, uğurlar arzulayıblar.

Sonra “Qədim Naxçıvanda müasir memarlıq” sərgi-müsabiqəsinin  qalibləri  müəyyənləşib. Müsabiqədə münsiflər heyətinin qərarı ilə “Tarix muzeyi” layihəsinin müəllifi Elçin Paşayev I, “Milli incəsənət muzeyi” layihəsinin müəllifi Orxan Əlizadə II, “Naxçıvan müasir incəsənət muzeyi” layihəsinin müəllifi Həsən Süleymanov III yerə layiq görülüblər.  Qaliblərə pul mükafatı və diplomlar  təqdim olunub.

Beynəlxalq Memarlar Günü münasibətilə memarlara müxtəlif hədiyyələr, müsabiqə iştirakçılarının hamısına isə kitab təqdim olunub. 

Sonda tədbir iştirakçıları sərgiyə  baxıblar.   

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: