Naxçıvan şəhərində yerli məhsulların satışı mağazası açılıb

778

NUHÇIXAN xəbər verir ki Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 21 ünvanında yerləşən mağazada şirniyyat məmulatları, Naxçıvan duzu, meyvə şirələri, ət və süd məhsulları, mineral sular, meyvə quruları və hədiyyəlik digər yerli məhsullar diqqəti cəlb edir.  Burada  “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılan məhsullara da xüsusi yer verilib. Mağazanın fəaliyyətə başlaması həmçinin muxtar respublikada ailə təsərrüfatı ilə məşğul olan sahibkarların öz məhsullarını burada satmasına imkan yaradacaq. Eyni zamanda həmin şəxslər mağazanın vasitəçiliyi ilə istehsal etdikləri məhsulları ölkəmizin müxtəlif regionlarına da ixrac edə biləcəklər.

 Xatırladaq ki, “Naxçıvan məhsulları” satış mağazaları Bakı və Gəncə şəhərlərində də fəaliyyətə başlayıb və həmin ticarət obyektləri  özünə xeyli sayda müştəri toplayıb. Həmin şəhərlərdə fəaliyyət göstərən satış obyektlərinə məhsullar bundan sonra məhz Naxçıvan şəhərində yaradılan yeni mağazadan göndəriləcək.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: