Naxçıvan şəhərində yeni xidmət sahəsi fəaliyyətə başlayıb - VİDEO

5. 030

NUHÇIXAN xəbər verir ki, dekabrın 26-da Naxçıvan şəhərində “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Görüş yeri” kafesi fəaliyyətə başlayıb. 

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı onun gündən-günə çiçəklənməsinə, yeni xidmət sahələrinin yaradılmasına imkan verib. Bu gün istifadəyə verilən yeni xidmət sahəsi də muxtar respublikamızda gənclərə göstərilən dövlət qayğısının növbəti ifadəsidir. Ümid edirik ki, yeni xidmət sahəsi gənclərin lazımi istirahətinə, onların asudə vaxtlarının səmərəli keçirmələrinə imkan verəcəkdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında Naxçıvan şəhəri də gündən-günə gözəlləşir, yeni yollar, yaşayış binaları və xidmət sahələri istifadəyə verilir. Bu gün fəaliyyətə başlayan “Görüş yeri” kafesi də şəhər sakinlərinin və gələn qonaqların asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir. 

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev yeni xidmət sahəsinin yaradılmasını gəncliyə göstərilən qayğı kimi dəyərləndirib, yaradılmış şəraitə görə minnətdarlıq edib.

Sonra xidmət sahəsinə baxış olub. Məlumat verilib ki, “Görüş yeri” kafesi zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Ümumi sahəsi 2457 kvadratmetr olan kompleks 3 fərqli istiqamət üzrə fəaliyyət göstərir. Binanın birinci mərtəbəsində “Bullet” Steak House xüsusi reseptləri əsasında ət və ət məhsullarından müxtəlif təamlar hazırlanır. Menyu üzrə hər bir təamın xammalının öz xüsusi saxlanma üsulu və temperaturu var. Binanın ikinci mərtəbəsində isə əsasən “CHEF” markası ilə fastfood yeməklər hazırlanır. Bu yeməklərin hazırlanmasında yerli ərzaq məhsullarından istifadə olunur. Markanın məqsədi müasir standartlara cavab verən texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli məhsulları ilə müştərilərinə xidmət göstərmək, yerli məhsulların dadlarını və ənənlərini dünyaya yaymaqdır. Qeyd edək ki, bütün məhsullar dünya standartlarına uyğun hazırlanır və istifadə edilən avadanlıqlar dünyanın inkişaf etmiş ölkələrinin standartlarına tam cavab verir. 

Üçüncü mərtəbədə yerləşən “Chocha” şokalad evi isə Naxçıvanda yaranmış yerli bir markadır. Şokolad evində isti və sərinləşdirici içkilər, müxtəlif şokaladlar, həmçinin xüsusi qablaşdırılmış müxtəlif müalicəvi otlar, meyvə quruları, çərəzlər təqdim edilir. Şokolad evində “Chocha” adı altında hazırlanmış xüsusi hədiyyəlik paketlər də əldə etmək olar. Eyni zamanda burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən oxunması zəruri olan kitablardan ibarət kitabxana da yaradılmışdır. 

Yeni yaradılan xidmət sahəsində 30-a yaxın yeni iş yeri açılmışdır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: