Naxçıvan şəhərində yeni uşaq bağçası tikilir

499

NUHÇIXAN-nın məlumatına görə, Naxçıvan şəhərinin 48-ci məhəlləsində yeni uşaq bağçası inşa olunur. İnşasına bu ilin aprel ayından başlanan uşaq bağçası 200 yerlikdir. Obyektin tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarına həvalə olunub. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binanın pəncərələri salınıb, dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib. Hazırda daxildəki divarlara alçı vurulur, yerə daş düzülür. Obyektə kifayət qədər işçi qüvvəsi cəlb edilib, onlar lazım olan tikinti materialı və geyimlə təmin olunublar. Ərazidə texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: