Naxçıvan şəhərində yeni ünvan lövhələri quraşdırılır

154

Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olan ünvan reyestri məlumatları mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikamızda əhalisi 5 mindən yuxarı olan yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin ötən dövrü ərzində ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması məqsədi ilə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 21 küçədə ünvanların yenidən dəqiqləşdirilməsi işləri aparılıb. Uyğunsuzluq aşkar edilən küçə və məhəllələrdə daşınmaz əmlak­­ obyektləri yenidən nömrələnib, ünvan lövhələri və giriş nömrə nişanlarının sayı müəyyənləşdirilib. Dəqiqləşmə işləri aparılan küçələrdə daşınmaz əmlak obyektlərinin ünvanlarındakı uyğunsuzluqların aradan qaldırılması üçün kameral şəraitdə ünvan xəritəsi üzərində iş aparılıb. Ünvanlarında düzəliş edilmiş daşınmaz əmlak obyektlərinə dair mülkiyyət sənədlərində müvafiq düzəlişlər edilərək təhvil verilib.
Naxçıvan şəhərinin Əziz Əliyev, Cəlil Məmmədquluzadə və Atatürk küçələrinə dair ünvan lövhələri və giriş nömrə nişanları nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi qaydalarına uyğun hazırlanıb, adıçəkilən küçələrdə yeni ünvan lövhələri və giriş nömrə nişanları ­quraşdırılıb.
Yeni inşa olunan daşınmaz əmlak obyektlərinin sxematik planları dəqiqləşdirilib, Naxçıvan şəhərinin ünvan xəritəsinə yerləşdirilməsi və ünvan reyestrində qeydiyyata alınması təmin olunub.
Ümumilikdə, 2018-ci ilin ötən dövrü ərzində muxtar respublika üzrə yeni yaranmış 558 daşınmaz əmlak obyektinə ünvan verilib, 174 daşınmaz əmlak obyektinin ünvanında düzəliş edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: