Naxçıvan şəhərində satış yarmarkası təşkil olunub

361

Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması məqsədilə bu gün Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda keçirilən satış yarmarkasına 60 tondan çox kənd təsərrüfatı və 163 çeşiddə yerli istehsal məhsulları gətirilib.

NUHÇIXAN xəbər verir ki, bu günkü yarmarkaya Naxçıvan şəhərindən və muxtar respublikanın bütün rayonlarından heyvandarlıq məhsulları ilə yanaşı mövsümə uyğun meyvə-tərəvəzlər də çıxarılıb. Xüsusilə Nehrəmdən yarmarkaya tonlarla qarpız gətirilib. Qiymətlər digər bazar və ticarət şəbəkələrinə nisbətən 10-20 faiz ucuzdur.

Yarmarkaya 21 istehsal müəssisəsindən 96 adda 163 çeşiddə gətirilən məhsullar muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qayğının bariz ifadəsidir.

Ə.Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: