Naxçıvan şəhərində şənbə konserti təşkil olunub
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında Naxçıvan şəhərinin Saat meydanında növbəti konsert proqramı təşkil olunub.
Konsert Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının ifa etdiyi “Cahargah” kompozisiyası ilə başlayıb.
Daha sonra ansamblın solistləri bəstəkarlar Emin Sabitoğlu, İslam Rzayev, Ramiz Mirişli, Oqtay Kazımi, Elçin Vəzirovun repertuarından mahnılar ifa ediblər. Solistlərin ifa etdiyi mahnılar dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Konsertdə ansamblın ifasında instrumental musiqilər də səslənib.
Bir saatdan artıq davam edən konserti Naxçıvan şəhər sakinləri və qonaqlar izləyiblər.
Şənbə konsertləri yay fəslinin sonuna qədər davam edəcək.
Cavid Səfərli