Naxçıvan şəhərində “Kitablar tozlanmasın” kompaniyası keçirilib

237

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərindəki Saat Meydanında Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar”la bağlı həyata keçirilən tədbirlərin davamı olaraq “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib. Layihənin məqsədi gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

“Kitablar tozlanmasın” devizi altında “Kitab qoy kitab götür” layihəyəsinə bu ilin  iyul ayının 20 –dən  Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib. Orada ayrılmış müəyyən bir güşədə layihə davam etməkdədir. Bu günədək layihədə 80 nəfər iştirak edib.  Təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Kampaniyada iştirak edən gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişdirirlər.

Bu gün keçirilən 50 nəfər gəncin iştirak etdiyi kampaniya günün sonunadək Saat Meydanında davam edib. Qeyd edək ki, təbliğat kampaniyası bundan sonra muxtar respublikanın rayon və şəhərlərində, eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində həyata keçiriləcəkdir. Layihənin şərtlərinə əsasən kitabları oxumaq istəyən hər kəs götürəcəyi kitabın qiymətinə  uyğun kitab gətirərək yeni kitab götürə bilər. Gətirilən kitablar səliqəli, istifadəyə yararlı vəziyyətdə, həmçinin latın qrafikası ilə çap olunmuş əsərlər olmalıdır. “Kitablar tozlanmasın” devizi altında keçirilən layihədə yalnız bədii ədəbiyyata aid olan kitablardan istifadə olunmalıdır. Siyasi, elmi və digər tərzlərdə yazılan kitablardan layihədə istifadə olmaz. Hər kəs öz kitabxanasında olan maraqlı kitablardan gənclərin də faydalanmasını istəsə layihəyə dəstək məqsədilə ayrılmış guşəyə kitab hədiyyə edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: