Naxçıvan şəhərində ilin ilk monitorinqi aparılıb

158

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində ilin ilk monitorinqi keçirilib. 

Monitorinqdə Naxçıvan şəhər su anbarı və su təmizləyici qurğular kompleksindən və təsərrüfat sularından analizlər götürülüb. Yoxlama zamanı suyun tərkibindəki  hidrogenin  və həll olunmuş  oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər yoxlanıb.   

Sonra Naxçıvan şəhərindəki tullantı qutularının ətraflarına baxış keçirilib. Xətai məhəlləsində məişət tullantı qutularının ətrafında aşkarlanan tullantılar aidiyyətı qurumların əməkdaşları tərəfindən yığışdırılıb. 

Ekoloqlar tərəfindən yol kənarlarında salınan ağaclara da baxış keçirilib. Yaşıllıqlarda otarmaya, ağac kəsilməsi hallarına rast gəlinməyib.

Sonra monitorinq Naxçıvan şəhərinin yaxınlığında yerləşən məişət  tullantıları ərazisində davam etdirilib. Məlum olub ki, tulantılar vaxtı-vaxtında basdırlır. 

Monitorinqlər digər rayonlarda da davam etdiriləcək.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: