Naxçıvan şəhərində 3D piyada keçidləri çəkilir - VİDEO
Naxçıvanın şəhərdaxili avtomobil yolları yenidən ən müasir tələblərə cavab verəcək şəkildə qurulur. Bu layihə çərçivəsində müxtəlif küçə və prospektlərdə piyadalar üçün 3D formatında keçid zolaqları çəkilib. Piyada keçidlərində xoşagəlməz yol nəqliyyat hadisələri və qəzaların baş verməsinin qarşısını almaq üçün bu cür zolaqların daha effektli olduğu bildirilir. Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı süjet hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı təqdim edir :
Cavid Səfərli