Naxçıvan rabitəçiləri təltif olundu - SƏRƏNCAM

1. 238

Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında rabitə sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Rüstəmov Rəşad Keykavuz oğlu “Əməkdar mühəndis”, Qasımov İsa Vəli oğlu “Tərəqqi” medalı ilə və Naibov Vidadi Vaqif oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: