Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib - FƏRMAN

1. 696

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış doqquzuncu sessiyası keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi də təsdiq olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 83 milyon 340 min manat, xərcləri 383 milyon 700 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 300 milyon 360 min manat məbləğində təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: