Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edilib - SƏRƏNCAM

1. 893

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

2. Qabil Neymət oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: