Naxçıvan Muxtar Respublikası ölkənin səmərəli Regional iqtisadi siyasətində

222

Ölkəmizin qeyri-neft sahəsinin inkişafı ilə bağlı hədəfə aldığı mərhələlər onun iqtisadiyyatının sahə strukturunda çoxşaxəliyə əsaslanan proseslərin səmərəliliyini artırıb. Bu isə, aparıcı sahə kimi təşəkkül tapan sənayenin iqtisadi və hüquqi tənzimləmələr əsasında inkişafı üçün mühüm təsirə malik olub. Elə bunun nəticəsidir ki, 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan olundu və bu, müəyyən edilən hədəflərin gerçəkləşməsi sahəsindəki nailiyyətlərin ifadəsinə çevrildi. Digər tərəfdən bu, həm də makroiqtisadi zəmində milli iqtisadiyyat quruculuğu fonunda sənayeləşmənin və regional siyasətin üstünlüklərini təqdim etməkdədir.

Qeyd edilənlər bütün regionların, o cümlədən müasir iqtisadi şəraitdə milli iqtisadi inkişafda əhəmiyyətli rolu ilə seçilən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi əhəmiyyətini daha da artırmaqdadır. Əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun strukturunda ilk yerdə təşəkkül tapan sənaye sahəsi müvafiq istiqamət üzrə dövlət siyasətinin çox mühüm nəticələrini özündə birləşdirməkdədir.

Naxçıvan Muxtar Respublikası ölkənin regional iqtisadi perspektivliyin artmasındakı rolu ilə önəmini daha da artırmaqdadır. Bu, muxtar respublikanın ölkənin yüksək perspektivə malik iqtisadi rayonlarından biri olmaqla yanaşı, həm də özünün rayon, şəhər, qəsəbə və kəndlərinin səmərəli regional mahiyyəti ilə xarakterizə edilə bilər. Yəni bunların hamısı artıq muxtar respublika üçün uğurlu regional əhəmiyyət daşıyan göstəricilərlə daha da aktuallıq kəsb etməkdədir. Fikrimizi muxtar respublikanın rayonlarının 2004-2017-ci illərdə sənaye məhsulunun istehsalı sahsindəki inkişaf göstəriciləri də təsdiq edir:

Naxçıvan Muxtar Respublikasında rayonlar üzrə sənaye məhsulunun həcmi (min manat)

İllər

rayonlar

Şərur Babək Ordubad Culfa Kəngərli Şahbuz Sədərək
2004 4354,5 4340,6 1684,5 1434,9 1030,7 988,3 755,2
2017 92193,3 117909,9 8857,3 8118,5 16771,7 11190,7 4606,7

Göründüyü kimi, muxtar respublikanın rayonları üzrə sənaye məhsulunun həcmi müqayisə predmeti kimi götürülən 2004-2017-ci illər üzrə dəfələrlə artıb. Qeyd edək ki, bu göstərici muxtar respublikanın rayonları üzrə artım dinamikası isə aşağıdakı kimi olub:

Naxçıvan Muxtar Respublikasının rayonları üzrə 2004-2017-ci illərdə sənaye məhsulunun artım dinamikası (dəfə)

Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın və sosial dayanıqlığın əsası kimi infrastruktur quruculuğu proseslərinin önəmini qeyd etmək yerinə düşər. Bunlar müvafiq sahələr üzrə təşkilatlanmaqla, mikro və makroiqtisadi səviyyələrdə, eləcə də mezoiqtisadi əhəmiyyətin yüksəldilməsində özünü göstərməkdədir. Rayonların istehsal (iqtisadi) münasibətlərinin inkişafına verdiyi hərəkətverici təsirlər muxtar respublikanın milli iqtisadi quruculuq prosseslərindəki rolunu da sürətləndirib. Eyni zamanda bu, 2003-cü ildən etibarən dövlətin iqtisadi siyasətin keyfiyyətcə yeni mərhələsi fonunda başlatdığı regional inkişaf hədəflərinin səmərəliliyə söykənən nəticəsi olaraq çox böyük əhəmiyyətə malikdir. Bunu aşağıdakı cədvəlin məlumatları da ifadə etməkdədir.

Naxçıvan Muxtar Respublikasında rayonlar üzrə əsas kapitala yönəldilmiş vəsaitlər (min manat)

İllər

rayonlar

Şərur Babək Ordubad Culfa Kəngərli Şahbuz Sədərək
2004 4490,1 17173 3353,6 3180,6 819,1 2288,1 1515,1
2017 77563 66617,1 57616,3 39110,5 41208,3 29977,3 24421,4

Təhlillər göstərir ki, regional inkişaf proqramlarının səmərəli icrası sahəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər onun bütün rayonlarında zəruri infrastruktur quruculuğu proseslərinə təkanverici təsir edib və bu, özünü əsas kapitala yönəldilən vəsaitlərin həcmində də göstərib. 2004 – 2017-ci illər ərzində muxtar respublikanın rayonları üzrə müvafiq göstəricinin artım dinamikası aşağıdakı kimi olub:

Naxçıvan Muxtar Respublikasının rayonları üzrə 2004-2017-ci illərdə əsas kapitala yönəldilmiş vəsaitlərin artım dinamikası (dəfə)

Artıq bu bir həqiqətdir ki, muxtar respublikanın ən ucqar dağ kəndlərində belə ən müasir təminatlar özünə kök salıb. Məktəb binalarının, mədəniyyət evlərinin, kənd və xidmət mərkəzlərinin tikilməsi, körpülərin salınması, nəqliyyat və su kəmərlərinin çəkilməsi, bir sözlə, güclü və dayanıqlı iqtisadiyyat üçün bütün təminatların yaradılması muxtar respublikada insan amilindən ibarət sosiallaşan iqtisadiyyatın çox mühüm göstəriciləri kimi qeyd edilə bilər. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının bütün rayonları artan təlabatlar qarşısında yüksək təminat qabiliyyətinə malik iqtisadi-istehsal potensialına malik olub. Bunu muxtar respublikada əsas kapitala yönəldilmiş vəsaitlərdən tikinti-quraşdırma işlərinin həcmi də göstərir.

Naxçıvan Muxtar Respublikasında 2004-2017-ci illərdə rayonlar üzrə əsas kapitala yönəldilmiş vəsaitlərdən tikinti-quraşdırma işləri (min manat)

İllər

rayonlar

Şərur Babək Ordubad Culfa Kəngərli Şahbuz Sədərək
2004 4345,1 16730 3257,5 2714,8 777,5 2184,4 1458,1
2017 73571,2 64307,8 54661,4 36479,3 38636,7 26705,6 21795,8

Naxçıvan Muxtar Respublikası bu gün uzunəsrlik memarlıq ənənələrinə sadiq qalmaqla, eyni zamanda tarixiliklə müasirliyin vəhdətindən ibarət tikinti meydançasına çevrilib. Məqsədyönlülük, milli iqtisadi hədəflərə doğru inamla addımlamaq, bütün rayonların istehsal potensialına malik olması sahəsindəki proseslərin düzgün istiqamətləndirilməsi muxtar respublikanın çox mühüm nailiyyətləri kimi qeyd edilməlidir. Hesablamalar aparanda aydın olur ki, 2004-2017-ci illər ərzində muxtar respublikanın rayonları üzrə əsas kapitala yönəldilmiş vəsaitlərdən tikinti-quraşdırma işlərinə aid artım göstəriciləri aşağıdakı kimi olub:

Naxçıvan Muxtar Respublikasında 2004-2017-ci illərdə rayonlar üzrə əsas kapitala yönəldilmiş vəsaitlərdən tikinti-quraşdırma işlərinin artım dinamikası (dəfə)

Beləliklə, Naxçıvan Muxtar Respublikası mövcud sosial – iqtisadi potensialı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyatın uzaq gələcək üzrə inkişaf hədəflərinə birbaşa xidmət etməkdədir. İstər ənənəvi sahələrin, istərsə də prioritet istiqamətlərin nəzərdə tutulan inkişaf məqsədləri muxtar respublikanın güclü infrastruktur quruculuğu fonunda daha da perspektivli görünməkdədir. Bu isə qarşıdakı dövrlərdə yeni inkişaf göstəricilərini ifadə edəcəkdir.

Cavadxan QASIMOV

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: