NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis heyəti üzrə 53 vakant vəzifə üzrə müsabiqə elan edir.
Komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən, müsahibə test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçılarla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir. Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas və pedaqoji ixtisaslar üzrə təhsil almış (azı 2 il pedaqoji staja malik olan), Azərbaycan dilini sərbəst bilən, boyu 170 santimetrdən aşağı (qadınlar üçün 160 santimetr),
yaşı isə 30-dan yuxarı olmayan, müddətli həqiqi hərbi xidmət keçmiş, fiziki cəhətdən sağlam, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları
(daxili işlər orqanlarında xidmətdən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq istəyən şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
– anket;
– tərcumeyi-hal;
– şəxsiyyət vəsiqəsi;
– müvafiq ali təhsili haqqında diplom;
– hərbi bilet (kişilər üçün);
– əmək kitabçası (olanlar üçün);
– 9×12 santimetr olcudə 2 ədəd,
4×6 santimetr olcudə 4 ədəd fotoşəkil.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər
orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
“Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin
keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az internet
saytında yerləşdiriləcəkdir. Sənədlərin qəbulu 2018-ci il iyun ayının 4-dən iyul ayının 4-dək həftənin
iş günləri saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsində həyata keçiriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə
məlumat almaq üçün əlaqə telefonları:
036-545-08-10 (155,156,160)
Vakant vəzifələrin siyahısı
–Polis sahə inspektoru – 22 yer (hüquqşünas)
-Əməliyyat müvəkkili – 6 yer (hüquqşünas)
-Müstəntiq və təhqiqatçı – 2 yer (hüquqşünas)
-Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektor
– 3 yer (pedaqoji, maarif, humanitar və sosial istiqamətlər)
-Post-patrul xidmətinin komandiri – 4 yer (hüquqşünas və ya hərbi)
-Məsul növbətçi – 4 yer (hüquqşünas)
-Təşkilat-inspeksiya, uçot-qeydiyyat və statistika işləri qrupunun baş inspektoru
– 2 yer (hüquqşünas)
-Kadr və şəxsi heyətlə iş üzrə baş inspektor – 2 yer (hüquqşünas, maarif, humanitar və sosial istiqamətlər)
-Pasport-qeydiyyat və şəxsiyyət qrupu üzrə baş inspektor – 3 yer (hüquqşünas)