Milli Məclis Naxçıvan hakimləri barədə qərar qəbul edib

1. 247

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifələrindən azad edilmələri haqqında Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul edib.

NUHÇIXAN-ın məlumatına görə, qərarda deyilir:

““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:

Polad Vəli oğlu Həsənov,

Qabil Neymət oğlu Məmmədov.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: