Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

456

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikanın inkişafı sahəsində görülən işlərdən bəhs edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Küveyt Dövləti arasında qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb, Səud Əbdüləziz əl-Ruminin səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən Səud Əbdüləziz əl-Rumi muxtar respublikanın istehsal müəssisələri və tarixi abidələri, o cümlədən Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlığın onda böyük təəssürat yaratdığını bildirib. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd edən diplomat bu sahədə səylərin artırılacağını vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: