Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

755

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirib və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirib. Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri qeyd edib ki, bu, ölkələrimiz arasındakı yaxşı münasibətlərin nəticəsidir. Ali Məclisin Sədri Azərbaycan-Hindistan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası tərəfindən səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlıq edən Sanjay Rana Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Naxçıvana səfər etdiyini, muxtar respublikada sosial-iqtisadi və mədəni inkişafın şahidi olduğunu bildirib. Səfir bu il Naxçıvan şəhərində İslam Mədəniyyətinin Paytaxtı və Avropa günləri ilə bağlı keçiriləcək tədbirlərin muxtar respublikanın uğurlu inkişafının nəticəsi olduğunu qeyd edib, əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiklərini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: