Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

80

Müstəqil Azərbaycanda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir.

Aprelin 11-i ölkəmizdə növbəti prezident seçkiləri günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. 7 seçki dairəsi üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Muxtar respublika üzrə 262 min 874 seçici qeydə alınıb ki, onlardan da 1368-i ilk dəfə səs verənlərdir.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, 4-15 saylı seçki məntəqəsində 1494 seçicinin səs verməsi nəzərdə tutulub. Əhali mütəşəkkilliklə seçkilərdə iştirak edir. Saat 11:00-a qədər seçki məntəqəsində seçicilərin 30 faizi səs verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: