Naxçıvan Müəllimlər İnstitutunda yeni kitabın təqdimatı olub
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda institutun müəllimi Lamiyə Quliyevanın və akademik Tarıyel Talıbovun birgə yazdıqları “Naxçıvan Muxtar Respublikasının florası-laləkimilər” kitabının təqdimatı keçirilib
Tədbirdə digər çıxış edənlər kitabın əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, kitabda muxtar respublikamızda yayılan laləkimilərin taksonomik tərkibinin xüsusiyyətləri və coğrafi areallarının tədqiqi, səmərəli istifadəsi öz əksini tapıb. Müəlliflər bu əsərdə laləkimilərin dərman əhəmiyyətli qiymətli növlərindən bəzi xəstəliklərin müalicəsi üçün istifadə qaydalarını işləyib təqdim ediblər. Kitabda muxtar respublikamızda laləkimilər fəsiləsinə aid 7 cinsə daxil olan 33 növ və 8 variasiya müəyyənləşdirilərək, sistematik icmal tərtib olunub. Qeyd olunub ki, əsərdə növlərin fotoşəkilləri, nəsli kəsilməkdə olan növlərin xəritə sxemi göstərilib.
Kitabın müəlliflərindən olan Lamiyə Quliyeva təqdimata görə minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları institutun foyesində təşkil olunmuş laləkimilər fəsiləsinə aid olan növlərdən ibarət sərgiyə baxıblar.
Turab Hacızadə