Naxçıvan mətbəxi – Badımcan mürəbbəsi

1. 880

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi…

NUHÇIXAN “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələri Azərbaycan və İngilis dillərində öz oxucularına təqdim edir.

Bu dəfə oxucularımızı ” Badımcan mürəbbəsi”nin hazırlanma qaydası ilə tanış edəcəyik.

Badımcan mürəbbəsi

Eyni ölçüdə badımcanlar qabığı soyulur, əhəngə (5 litr suya 2 x/q əhəng qatılır) salınır, 2-3 saatdan sonra yuyulur, zəy qatılmış suda qay­nadılır, süzülür, şirə hazırlanır, ba­dımcanlar şirəyə tökülüb bişirilir. Bə­zən 2-3 dəfəyə bişirilir. İçərisinə mixək, hil vurulur. Hazır olana yaxın limon duzu (və ya limon şirəsi) əlavə edilir. Şərur rayonunda mürəbbəyə dilim­lənmiş limon əlavə edirlər.

Ərzaq: 1 kq badımcan, 1,5 kq şəkər, 2 st su, mixək, hil, limon duzu.

Jam of eggplants

Eggplants of the same size are peeled, put into lime (5l of water +2 t/s lime), after 2-3 hours are washed, boiled in the water added alum, filtered, juice is ready, eggplants are added into the juice and cooked. Sometimes it is cooked for 2-3 times, clove and cardomon is added. When nearly cooked lemon salt is added. In Sherur region sliced lemons can be added into the jam.

Ingredients: 1 kg of eggplants, 1,5 kg of crystal sugar, 2 glasses of water, cardomon, clove, lemon salt.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: