Naxçıvan mətbəxi – Alça turşusu və lavaşası

407

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir.

Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi...

NUHÇIXAN “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələri Azərbaycan və İngilis dillərində öz oxucularına təqdim edir.

Bu dəfə oxucularımızı “Alça turşusu və lavaşası”nın hazırlanma qaydası ilə tanış edəcəyik.

Alça turşusu və lavaşası

Tam yetişmiş alçalar yığılır, yu­yulur, qazana tökülərək üstünə azca su əlavə edilərək qaynadılır. Qayna­dılmış alçalar süzgəcdən keçirilərək qabıq və çəyirdəkdən təmizlənir. Ye­nidən qaynamağa qoyulur, suyu çəki­lənə yaxın götürülüb qablara yığılıb sax­lanılır. Müxtəlif ye- məklərə vurulur.

Lavaşa hazır­layarkən isə tam suyu çəkilənə qədər qaynadılır, sininin dibi azca yağlanır, hazır kütlə nazik yayılır, quruduqdan sonra rulon şəklində bükülüb saxla­nılır. Alça, nar və ərikdən lavaşa ha­zırlanır.

Turshu and lavasha made of alycha

Full-ripen alychas are picked up, washed, put into a sauce pan and boiled by adding a little water. Boiled alychas are filtered through the colander to clean from peels and stones. Kept boiling again, when the water is vapoured nearly out it must be taken from the oven, put into jugs or bottles and stored, it can be added to dif- ferent meals.

The water must be fully vapoured out when lavasha is coo- ked, the bottom of dish is oiled, the thickened mixture is poured into it thinly, when dried rolled and stored. Lavasha can be made of alycha, pomegranate, apricot.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: