Naxçıvan mətbəxi-Əvəlik - FOTOLAR

93

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi…

NUHÇIXAN öz oxucularına “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələrini sizə təqdim edir. Bu dəfə oxucularımızı “Əvəlik” haqqında və hazırlanma qaydası ilə tanış edəcəyik.

Əvəlik

Qırxbuğum fəsiləsindən çoxillik, yaxud birillik bitki cinsidir. Adi və ya turş olur. Yarpağında oksalat tur­şusu dəmir və tonedlər var. Qədim vaxtlardan bəri əvəliyin yarpağı sinqa xəstəliyinin müalicəsində işlədilir. Tər halda əvəliyin yarpaqlarını hörüb dəstə ilə qurudurlar.Hörüklərin bəzən uzunluğu 1 metr olur. Yerli sakinlərin sözlərinə görə, bu cür saxlanılan əvəlik təravətini və tərkibindəki faydalı vitaminləri uzun müddət qoruya bilir. Adətən aprel ayının sonundan yığılmağa başlayır. Həyətlərdən toplanmaqla yanaşı may-iyun aylarında yüksək dağ çəmənliklərindən də yığılır. Naxçıvan mət­bəxində geniş istifadə olunur. Quru əvəliyi bişirməzdən əvvəl bir burum qaynadır, sıxıb acılığını çıxarır, yağ- soğanda qovurub sarımsaqlı qatıqla yeyirlər. Əvəlikdən müxtəlif xörəklərin (dolma, daşma, dovğa, umac, əvəlik- çilov və s.) bişirilməsində istifadə olu­nur. Əvəlik aşı mədənin həzmetmə prosesini yaxşılaşdırır və iştahanı ar­tırır.Ordubad rayonunda isə əvəlik yarpağından dolma da bişirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: