Naxçıvan məhsullarının Türkiyəyə daha geniş şəkildə ixracına dair müzakirələr aparılıb

203

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində daha bir addım atılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə növbəti ixrac missiyası İstanbula təşkil olunub. Missiyaya qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə yanaşı muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 20 nəfər nümayəndəsi  daxil edilib.

Missiya çərçivəsində “Badamlı Mineral Sular” MMC, Babək “Sirab” ASC, “Şərur-3” MMC, “Savalan-S” MMC və “Ordubad Qənnadı Məmulatları” MMC-nin nümayəndələri Türkiyəyə qida, spirtli və spirtsiz içkilərin idxalı ilə məşğul olan TADCO Gida Paz. İç ve Dış Tic. LTD şirkətinin nümayəndəsi ilə ikitərəfli görüşlər keçirilib, Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: