Naxçıvan məhsulları İranda keçirilən Novruz yarmarkasına çıxarılıb

132

Martın 3-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində növbəti Novruz yarmarkası təşkil edilib. Novruz yarmarkası çərçivəsində Naxçıvanda istehsal  edilən  ərzaq məhsulları və əl işlərinin sərgi-satışı olub.

Naxcivantv.az xəbər verir ki, sərginin açılış tədbirində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov və Qərbi Azərbaycan Vilayəti osdandarının iqtisadi məsələlər üzrə müavini Rza Hüseyni və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgi-satışda Naxçıvandan 26 sahibkarlıq müəssisəsinin 249 adda ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də 62 adda əl işləri nümayiş olunurdu. Kifayət qədər maraqla qarşılanan yerli məhsullar həm keyfiyyəti, həm də qiymət baxımından yerli alıcıların diqqətini cəlb edirdi.  Sərgi-satışa “Naxçıvan məhsulları”, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi”, “Ləzzət Biskivit və Şokolad Fabriki” MMC-lərinin, “Cahan Holdinq” Komersiya Şirkətlər İttifaqı, və digər müəssisələrin istehsal etdikləri quru meyvələr, meyvə şirələri, mineral sular, ət konservləri, geyimlər, mebel və yerli sənətkarlarının hazırladıqları əl işləri də çıxarılmışdı.

Sərgi-satış çərçivəsində Naxçıvan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov  Qərbi Azərbaycan Vilayətinin osdandarı Məhəmməd Mehdi  Şəhriyari ilə  görüşüb. Görüş zamanı son illərdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası, eləcə də Qərbi Azərbaycan Vilayəti arasında əməkdaşlıq münasibətlərinin yüksək inkişafı vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı etimada əsaslanan işgüzar görüşlərin təşkili, xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ötən il dekabrın 17-18-də İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi mövcud əməkdaşlıq imkanlarının daha da genişləndirilməsindən, xüsusilə iqtisadi müstəvidə əlaqələrin bundan sonra da artan xətt üzrə inkişafından  xəbər verir. Görüş zamanı gələcəkdə sərgi-satışların miqyasının daha da genişləndirilməsi, eləcə də qarşılıqlı olaraq iqtisadi-ticarət əlaqələrinin artırılmasının əhəmiyyəti qeyd olunub.

Xatırladaq ki, martın 7-11-də Naxçıvan şəhərindəki Mərkəzi bazarda İranda istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının açılışı nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: