“Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb

173

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq keçirilən “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq elmi konfransın yekun iclası olub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransda təqdim edilən elmi məqalələrin əhəmiyyətindən bəhs edib, bölmələrdə Naxçıvanda islami dəyərlərin, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği istiqamətində müzakirələrin aparıldığını deyib.

Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvanda İslam mədəniyyətinin tarixi” adlı bölmə iclasında 11 məruzənin dinlənildiyini qeyd edib. O, təqdim olunan məruzələrin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilən Naxçıvan şəhərinin islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar olduğunu bildirib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev sədrlik etdiyi “Naxçıvanın İslam mədəniyyəti: arxeologiyası və memarlığı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvanın İslam mədəniyyəti ədəbiyyat və folklorda”, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov isə “Naxçıvanın İslam mədəniyyəti mənbələrdə” adlı bölmələrdə dinlənilən məruzələrin əhəmiyyətindən danışıblar.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov və İstanbul Universitetinin müəllimi, professor Oktay Belli çıxış edərək, Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: