“Naxçıvan İslam Mədəniyyəti Paytaxtı- 2018” devizi  altında 1789 tədbir keçirilib

286

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2018-ci ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib. Nazir Natəvan Qədimova qeyd edib ki, ötən dövr ərzində muxtar respublikanın mədəni-maarif ocaqlarında müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, ədəbi-bədii gecələr, açıq və ustad dərsləri keçirilib,  sərgilər təşkil olub. Həmçinin əhalinin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə tamaşalar, filmlər göstərilib, konsert, festival və müsabiqələrin keçirilməsi də diqqətdə saxlanılıb.

Natəvan Qədimova bildirib ki, 2018-ci ilin  yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyi və onun sisteminə daxil olan  müəssisə və təşkilatlar tərəfindən  “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” mədəniyyət ilinə həsr olunmuş 156, bu deviz adı altında isə 1789 tədbir keçirilib.

Hesabat dövründə muzeylərin fəaliyyəti də nəzarətdə saxlanılıb. 2018-ci ilin I yarımili ərzində muzeylərə 670  yeni  eksponat təqdim edilib. Ötən dövr ərzində  Duz Muzeyi istifadəyə verilib.

Sonra məruzə ətrafında müzakirələr olub, çıxışlar dinlənilib.

Sonda Natəvan Qədimova bildirib ki, beşinci çağırış  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrə görə tarixi abidələrin bərpası kimi qorunmasına da diqqət artırılmalı, nazirliyin tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətinin səmərəli təşkilinə nail olunmalıdır.

                                               Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: