Naxçıvan məktəbliləri ölkə birinciliyinin qalibi olublar

193

NUHÇIXAN xəbər verir ki, Xaçmaz rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsinə yekun vurulub. Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, qumbaraatma, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilib. Yarışda Naxçıvanı muxtar respublika üzrə keçirilən zona birinciliyində qalib olmuş Naxçıvan şəhəri 9 nömrəli tam orta məktəbinin komandası təmsil edib. 16 komandanın iştirak etdiyi çempionatda komandamız 1106 xalla ölkə birinciliyinin qalibi olub. Onlar Bakı, Sumqayıt və Mingəçevir komandalarını qabaqlayıblar. Eyni zamanda təmsilçimiz Kamran Allahverdiyev turnikdə dartınmada ən yüksək nəticəni göstərərək (39 dəfə) xüsusi mükafata layiq görülüb. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim olunub.

Yarışın keçirilməsində məqsəd poliatlon çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliği, çağırışyaşlı və çağırışaqədərki yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, o cümlədən gənclərin fiziki hazırlıq səviyyəsini yüksəltməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: