Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat vəictimaiyyətləəlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə təhsil ocağı ilə birgə dünyanın qabaqcıl əczaçılıq şirkətlərinin ən geniş idxalçısı olan AKİ PHARM MMC şirkəti adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim olunub.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında danışan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın hazırda bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini vurğulayıb. Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurları diqqətə çatdıran rektor, bu siyasətin ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib. Ali təhsil ocağının rektoru Azərbaycan ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib.
“N” saylı hərbi hissənin şəxsi heyəti adından çıxış edən Baş leytenant Famil Əliyev ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, onların hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, heç bir bayramda unudulmadıqlarını qeyd edərək minnətdarlığını bildirib.
Sonra gətirilən bayram sovqatı, ərzaq və qeyri-ərzaq məhsulları hərbi hissəyə təqdim olunub.
Səadət Əliyeva