Naxçıvan Dövlət Universiteti Türkiyənin daha bir təhsil ocağı ilə müqavilə imzalayıb
Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. NUHÇIXAN-a Naxçıvan Dövlət Universitetindən verilən xəbərə görə, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovla Çankırı Karatekin universitetinin prorektoru, professor Murad Arının imzaladığı müqaviləyə əsasən iki diplomlu təhsil proqramının yaradılması nəzərdə tutulub. Razılıq memorandumunda həmçinin proqramların idarə olunması ilə bağlı öhdəliklər, hər iki tərəfin müəyyən etdiyi müddət və semestrlərə nəzarət olunacaq. Eyni zamanda təhsil xərcləri, dil məsələləri, tamamlanmış təhsilin tanınması, proqramın idarəçiliyi ilə bağlı tələb və öhdəliklər və digər partnyor müəssisələrin hüquqi tələbləri ilə bağlı məsələlər, həmçinin koordinasiya məsələləri ilə bağlı bütün fəaliyyətlərin icrası nəzərdə tutulub. Görüşdə universitetlərarası əlaqələrin genişləndirələrək ikitərəfli müqavilə şəklinə salınması hər iki universitet üçün təqdirəlayiq hal kimi dəyərləndirilib.