Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

115

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələri əks etdirən yazı verilib.  Yazıda bildirilir ki, Mərkəzi Asiya Universitetlər Birliyinin əsas  heyət üzvlərinin qəbul etdiyi MAÜB mübadilə proqramı çərçivəsində İğdır Universiteti və Naxçıvan Dövlət Universiteti arasında pilot protokolu imzalanıb.

İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma ilə  Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov arasında imzalanan protokol əsasında hər iki təhsil ocağı arasında əlaqələr daha da möhkəmlənəcək. Müəllim və tələbə mübadiləsi, o cümlədən müxtəlif istiqamətdə layihələr həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: