Naxçıvan Dövlət Universiteti Moskva Dövlət Universiteti ilə əməkdaşlıq edir

170

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən  NUHÇIXAN-a verilən məlumata görə, Lomonosov adına Moskva Dövlət Universitetinin “Fəlsəfə tədrisi” kafedrasının müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Brızqalina Naxçıvan Dövlət Universitetinə iki günlük mühazirə demək üçün dəvət olunub. Qonağı qarşılayan Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov onu salamlayıb və  bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən mühazirələrin hər biri 90 dəqiqə olmaqla iki gün davam edib. İki gün davam edən  mühazirədə fəlsəfə doktoru “XXI əsr elminin xüsusiyyətləri: fəlsəfə aspektləri” və “Müasir universitet müəllimlərinin və tələbələrin fəlsəfi düşüncələri” mövzusunda tələbələr qarşısında mühazirə oxuyub. Daha sonra Universitet şəhərciyini gəzib.

Yelena Brızqalina Naxçıvana səfəri çərçivəsində Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbində müəllim və şagirdlərlə görüşüb.

Naxçıvan şəhəri ilə tanışlıq müddətində Mömünə Xatun Türbəsi, Xan Sarayı, Açıq səma altında muzey və Duzdağ fizioterapiya mərkəzində olub. Qonaq Naxçıvanın gözəlliyinə heyranlığını gizlədə bilməyibvə buranın tarixi abidələrlə zəngin qədim şəhər olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: