Naxçıvan Dövlət Texniki Kollecində müşavirə keçirilib

231

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yekunlarına və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrə dair Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclasda kollecin direktoru Asəf Ruşanov çıxış edib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə kollecə ümumi orta təhsil bazasından 8 ixtisas üzrə 108 tələbə, yol hərəkətinin təşkili ixtisasına qiyabi şöbəyə tam orta təhsil bazasından 14 tələbə qəbul edilib. 2018-2019-cu tədris ili üçün kollecdə yeni “İstilik təchizatı və istilik texnikası avadanlıqları” ixtisasına qəbul aparılıb. Kollecə ümumi orta təhsil bazasından 8 ixtisas üzrə yeni qəbul olunan tələbələrin birinci kurslarda kurikulum üsulunun tətbiqinə başlanılıb.  

Qeyd olunub ki, ötən il ərzində 7 ixtisas üzrə hami təşkilatlarla treninqlər, açıq dərslər təşkil edilib, istehsalat təcrübələri həmin təşkilatlarda keçirilib.

Kollecin direktoru digər sahələrdə də görülən işlərdən bəhs edib, 2019-cu ildə həyata keçiriləcək tədbirlərdən danışıb. Vurğulanıb ki, 2019-cu ildə kollecdə dərslərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşə bacarıqlarının artırılması, təcrübə mübadilələrinin təşkili, fənn kurikulumlarının tətbiqi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer verilməsi, interaktiv dərslərin təşkili, laboratoriyalardan, elektron lövhələrdən səmərəli istifadə edilməsi işinə də diqqət yetiriləcək. 

Asəf Ruşanov işdə buraxılan nöqsanları da önə çəkib, həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

Məruzə ətrafında çıxışlar da dinlənilib. 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: