Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı daha bir saat artırılır

1. 891

NUHÇIXAN xəbər verir ki, iyun ayının 15-də Milli Qurtuluş Günü münasibəti ilə Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı daha 1 saat artırılaraq 18 saatdan 19 saata çatdırılacaq. Naxçıvan Televiziyasının efir vaxtı səhər saat 07:30-dan, gecə saat 02:30-dək, Naxçıvan Dövlət Radiosunun efir vaxtı isə səhər saat 07:00-dan gecə saat 02:00-dək  artırılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il  fevralın 6-da  “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər planı”nının təsdiq edlməsi barədə sərəncam imzalayıb. Efir vaxtının artırılması  həmin Tədbirlər Planında qarşıya qoyulan vəzifələrin icrası çərçivəsində reallaşıb.

Xatırladaq ki, Tədbirlər Planının icrası çərçivəsində bundan əvvəl Naxçıvan Dövlət Televiziyasında muxtar respublikanın ilk rəsmi “Nuhçıxan” İnformasiya Agentliyi və televiziyanın “Nuhçıxan” Xalq çalğı alətləri ansamblı  da  yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: