Naxçıvan Dövlət Teleradiosunun 2018-ci ildəki fəaliyyəti müzakirə olundu

196

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ötən ilin yekunları və qarşıda duran məsələlərlə bağlı iclas keçirilib.

Komitənin sədri Sahil Tahirli bildirib ki, ötən ilin dekabr ayında keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasındakı çıxışında  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Dövlət Televiziyası və Radiosunun  fəaliyyətinə də toxunub. Sessiyada vurğulanıb ki, 2018-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı da dövlət tərəfindən diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə dəyəri 200 min manata yaxın 22 adda müasir yayım və çəkiliş avadanlıqları alınıb, komitənin binası yenidən qurulub, teleradionun efir vaxtı bir saat artırılıb , “Nuhçıxan” İnformasiya Agentliyi və “Nuhçıxan” xalq çalğı alətləri ansamblı yaradılıb, agentliyin internet saytı istifadəyə verilib.

Bu yaradılan şərait tamaşaçılar, dinləyicilər və izləyicilərə təqdim edilən  verilişlərin, video, audio və veb materialların  keyfiyyətini yüksəltməyə imkan verir. 2018-ci ildə muxtar respublikada baş verən bütün dövlət əhəmiyyətli tədbirlər, ictimai-siyasi hadisələr Naxçıvan teleradiosunda vaxtında və mütəmadi olaraq operativ şəkildə  işıqlandırılıb. Muxtar respublikada bütün sahələri əks etdirən verilişlər və proqramlar hazırlanıb, onlarla televiziya və sənədli film çəkilib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Xaliq Babayev televiziya və radioda əməkdaşlar üçün  yaradılan şəraitdən və texniki imkanlardan danışıb. Naxçıvan Dövlət Televiziya və Radio Şurasının üzvü Sara Əzimova televiziya və radionun fəaliyyəti ilə bağlı illik hesabatı tədbir iştirakçılarına təqdim edib. Naxçıvan Televiziyasının İctimai-siyasi məsələlər redaksiyasının baş redaktoru Ramal Məmişov,  Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Əsgərov, İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru Səməd Canbaxşiyev, Naxçıvan Radiosunun  İctimai siyasi verilişlər redaksiyasının baş redaktoru Aysel Əliyeva çıxış edərək təmsil etdikləri sahələrlə bağlı ötən il görülən işləri diqqətə çatdırıblar.

Komitə sədri Sahil Tahirli 2018-ci ili Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin  əməkdaşları üçün səmərəli fəaliyyətlə yadda qaldığını bildirib. Amma buna baxmayaraq işdəki nöqsanlar və çatışmazlıqlar da əməkdaşların diqqətinə çatdırılıb. Sadalanan çatışmazlıqların aradan qaldırılması və yeni ildə daha yaxşı verilişlərin, proqramların  hazırlanması yolları müzakirə edilib.

Sonda Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin  2019-cu ilə dair iş planı təsdiq olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: