Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

167

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə vurğulanıb ki, müasir cəmiyyətdə muzey tək elmi-maarifləndirici müəssisə deyildir, həm də gənc nəslin intellektual səviyyəsini artırmaqla yanaşı onların özünü dərk etməsi, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır.

Qeyd olunub ki, gənclərin muzeylərə cəlb edilməsi üçün maarifləndirmə işinin artırılması, mütəmadi olaraq ekskursiyaların açıq və interaktiv dərslərin keçirilməsi davamlı xarakter alıb. Ona görə də muzey bələdçilərinin eksponatlar haqqında verdiyi məlumatlar anlaşılan və sadə şəkildə olmalıdır.

Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Rəsm Qalereyasının ekspozisiyası ilə tanış olublar.

Ərhan  Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: