Naxçıvan daimi nümayəndəliyində görüş
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin səlahiyyətlərini icra edən, müvəqqəti işlər vəkili Pedro Arxenis Sanchez Floreslə görüşüb. Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində keçirilən görüşdə Azərbaycanda yeni fəaliyyətə başlayan Venesuela Səfirliyinin iki ölkə arasındakı münasibətlərinin inkişafına töhfə verəcəyi vurğulanıb. Gələcəkdə muxtar respublika ilə qurulacaq əlaqələrin detalları, siyasi-iqtisadi münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının rolu, mövqeyi müzakirə edilib.