Naxçıvan Dəmir Yolçuları üçün inzibati bina və xidməti obyektlər istifadəyə verilib

418

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin 23 saylı Aza Təhlükəsizlik Komandası üçün inzibati bina və xidməti obyektlər əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev bildirib ki, hazırda Təhlükəsizlik İdarəsinin Naxçıvançay və Gülüstan komandaları üçün inzibati və xidməti obyektlərdə tikinti işləri davam etdirilir.

Mahir Əliyev göstərilən qayğıya görə muxtar respublikanın bütün dəmiryolçuları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Qeyd edək ki, inzibati binada iş otaqları, istirahət otağı, mətbəx, silah, sinif və yataq otaqları yaradılıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: