Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

100

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik çıxışında Ölkə başçısının “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” və Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamlarını  xatırladıb.

İclasda Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda elmi konfransın  keçirilməsi qərara alınıb.

Gündəliyə çıxarılan növbəti məsələlər haqda məlumat verilib və müzakirələr olub. 

Müəssisələrin direktorları məlumat verərək bildiriblər ki, bölmənin müxtəlif profilli institutlarında bir sıra xarici ölkələrin elmi müəssisələri ilə də sıx elmi əlaqələr yaradılıb, əməkdaşlığa dair müqavilələr imzalanıb.

İclasın sonunda bir sıra cari məsələlərə baxılıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: