Naxçıvan boksçuları ötən il 20 medal qazanıb

163

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov vurğulayıb ki, idmanın ən qədim növlərindən biri olan boks idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin  diqqət mərkəzində olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi  Boks Federasiyası ilə  birgə idmanın bu növü üzrə kütləviliyin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Ötən il Naxçıvan boksçuları respublika və beynəlxalq miqyaslı turnirlərdən 20 medal qazanıblar. Eyni zamanda, ötən il İran İslam Respublikasının Miyanduab və Bukan şəhərlərində keçirilən beynəlxalq turnirdə komanda hesabında 2-ci yerin əldə edilməsi 2018-ci ilin idman uğurları sırasındadır.  Hal-hazırda muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 400-dən artıq idmançı 27 fərqli qrupda keçirilən hazırlıqlarda və təlim-məşq proseslərində iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqları 2019-cu ildə də uğurla icra etməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev  2018-ci ildə görülən işlər və əldə edilən nailiyyətlər haqqında məlumat verib.

Sonda federasiyanın 2018-ci ildə uğur qazanan məşqçi və idmançılarına hədiyyələr təqdim edilib.

İclas 2019-cu ildə görüləcək işlərin müzakirəsi ilə yekunlaşıb.

Elvin  Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: