Naxçıvan Biznes Mərkəzində təlim keçirilib

213

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Biznes Mərkəzində Beynəlxalq Ticarət Mərkəzinin (İTC) dəstəyi ilə Avropa İttifaqına məhsul ixracı imkanları, bazar tələbləri, müasir marketinq alətləri, beynəlxalq sərgilərdə iştirak qaydaları və daha yaxşı nəticələrin əldə edilməsi mövzularında təlim təşkil edilib.

Tədbirdə muxtar respublikada kənd təsərrüfatı və emal sənayesi sahələrində fəaliyyət göstərən ixrac potensialına malik 23 müəssisənin 30-a yaxın satış və istehsalat mütəxəsissləri iştirak ediblər.

Təlim müddətində marketinq və təbliğat işinin təşkili, logistika və nəqliyyat imkanlarından səmərəli istifadə, məhsulların qablaşdırılması, məhsul istehsalına dair beynəlxalq  standartlar, Avropa istehlakçılarının tələbləri və bu kimi bir çox məsələyə dair müzakirələr aparılıb və beynəlxalq təcrübə haqqında sahibkarlar məlumatlandırılıb.

Mərkəzin dəstəyi ilə bu il oktyabrın 21-dən 25-dək Paris şəhərində keçiriləcək “Sial-Paris” beynəlxalq qida sərgisində muxtar respublikadan iştirak edəcək 4 şirkətin nümayəndəsinə alıcı şirkətlərlə biznes görüşlərin təşkili qaydaları və səmərəli təbliğat işinin qurulması sahəsində  tövsiyələr verilib.

Təlimdə Amerika Birləşmiş Ştatlarının “Konsaltinq” şirkətinin  vitse-prezidenti, ixrac üzrə ekspert Şon Dulin və Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycan üzrə layihə rəhbəri Eldar Adilzadə iştirak ediblər.

Qeyd edək ki, təlim iki gün davam edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: